...

Bakıda BFK-nın ADA- Group şirkətini maliyyələşdirməsi haqqında müqavilə imzalanıb

Siyasət Materials 16 Fevral 2007 15:16 (UTC +04:00)
Bakıda BFK-nın ADA- Group şirkətini maliyyələşdirməsi haqqında müqavilə imzalanıb

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və ADA-Group SC arasında 18 mln. ABŞ dolları məbləğində kreditin ayrılması haqqında müqavilə imzalanıb. Bu barədə Trend xəbər verir. Bu vəsaitlərdən 6 mln. ABŞ dolları şirkətin kapitalında iştirak, 12 mln. ABŞ dolları isə inkişaf üçün nəzərdə tutulub.

BMK-nın Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə direktoru Şahbaz Mavaddatın imzalanma zamanı bildirdiyi kimi, layihə yeni iş yerlərinin açılmasına, bazarın müxtəlifləşməsinə birbaşa və dolayı yardım göstərəcək.

"BMK-nın iştirakının əsas məqsədi iki istiqamətdə yardımdan ibarətdir: korporativ idarə, sığorta, ətraf mühitin keyfiyyət standartlarının daxil edilməsi üzrə beynəlxalq təcrübənin tətbiqidir. İkinci məqsəd isə bundan ibarətdir ki, Azərbaycanda kapital qoyuluşları ərzaq satışında qabaqcıl təcrübəni tətbiq etməyə imkan verəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, BMK-nın ADA-Group kapitalına investisiyaları səhmlərin 19%-ni əldə etməyə imkan verəcək.

ADA-Group direktorlar şurasının sədri Sergey İvaşkeviçin sözlərinə görə, şirkət 2005-ci ildə Azərbaycan və Rusiya sahibkarları qrupu tərəfindən yaradılıb.

"Azərbaycanda supermarketlər şəbəkəsinin yaradılması ideyası araşdırmalar nəticəsində yaranıb. Buna ÜDM-in 40% artması, əhalinin gəlirləri, özəl sektorun yaxşılaşdırılması və investisiyaların təşviqi üçün aparılan iqtisadi islahatlar səbəb olub", - deyə o qeyd edib.

Razılaşmaya əsasən, 8 il ərzində BMK-nın razılığı olmadan ADA-Group səhmdarlarının tərkibi dəyişə bilməz.

Bakı üzrə "Almalı" brendi altında supermarketlər şəbəkəsinin yaradılmasını nəzərdə tutan ADA layihəsinin ümumi qiyməti təxminən 50 mln. ABŞ dolları təşkil edir. Şirkət 2007-ci ilin sonunadək ən azı 50 supermarket yaratmağı nəzərdə tutub. Hazırda şirkət Bakı və Sumqayıtda 15 supermarket açıb.

Xəbər lenti

Xəbər lenti