...

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə və dəyişikliklər edilib

Siyasət Materials 16 Fevral 2007 16:03 (UTC +04:00)

Milli Məclisin fevralın 16-da keçirilən iclasında "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası qanununa əlavə və dəyişikliklər edilib.

Trend in məlumatına görə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib ki, Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi ilə əlaqədar olaraq orada olan bələdiyyə ərazilərinin dəyişdirilməsinə ehtiyac yaranıb. O qeyd edib ki, bu dəyişiklik əsasən texniki xarakter daşıyır.

Komissiya sədrinin məlumatı dinlənildikdən sonra adıçəkilən qanuna əlavə və dəyişikliklər təsdiq olunub.

Bundan başqa "Azərbaycan Respublikası bələdiyyələrinin siyahısında da dəyişiklik edilib.

Xəbər lenti

Xəbər lenti