...

Sərdar Cəlaloğlu Aydın Quliyevin barəsində baş prokurora şikayət edib

Siyasət Materials 16 Fevral 2007 16:27 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) IX Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu partiyanın keçmiş funksioneri, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevdən baş prokuror Zakir Qaralova şikayət yazıb. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Qeyd edək ki, "Bakı-Xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev Daxili İşlər Naziri Ramil Usubova məktub göndərərək, Sərdar Cəlaloğlunun bir qrup ekstremist gənci qızışdıraraq, 18 fevral 2007-ci il tarixdə "Bakı-Xəbər" qəzetinin redaksiyasına basqın təşkil etdiyini bildirib və bu basqının qarşısını almaq üçün DİN-dən qəzetin redaksiyasının mühafizə altında saxlamasını xahiş edib.

S.Cəlaloğlu A.Quliyev haqqında CM-nin 296.2-ci maddəsi ilə (ağır cinayət törətməkdə ittiham edərək, billə-bilə yalan xəbərçilik etmə) cinayət işinin qaldırılması tələbilə Respublika Prokurorluğuna müraciət ünvanlayıb. Məktubun surəti Bakı Şəhər və Səbail Rayon Prokurorluqlarına da göndərilib.

Xəbər lenti

Xəbər lenti