...

Deputat Siyavuş Novruzov: "YAP heç vaxt prezidentin səlahiyyət müddətinin artırılması məsələsini müzakirə etməyib"

Siyasət Materials 16 Fevral 2007 19:22 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) heç vaxt prezidentin səlahiyyət müddətinin artırılması məsələsini müzakirə etməyib. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"Müraciətlər çoxalarsa, bu məsələ parlamentdə müzakirə oluna bilərmi" sualına Siyavuş Novruzov belə cavab verib: "Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənir. Konstitusiyanın 100-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının prezidentinin səlahiyyət müddəti beş ildir."

S.Novruzov deyib ki, bu məsələni gündəmə gətirənlərin maraqları müxtəlif ola bilər.

Xəbər lenti

Xəbər lenti