...

Ziyafət Əsgərov: "Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı danışıqlar davam etdirilir"

Siyasət Materials 17 Fevral 2007 11:44 (UTC +04:00)
Ziyafət Əsgərov: "Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı danışıqlar davam etdirilir"

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsinə ilə bağlı Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə aparılan müzakirələr ekspertlər səviyyəsində davam etdirilir. Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov Trend ə açıqlamasında belə deyib.

Z.Əsgərov qeyd edib ki, hələlik bu məsəl ilə bağlı hər hansı irəliləyiş əldə olunmayıb və danışıqlar davam etdirilir.

Qeyd edək ki, bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə Avropa strukturları arasında aparılan danışıqlar may ayında Bakıda davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti