...

Rəsul Quliyev Ali Məclisin sabahkı iclasına qoşulacağı təqdirdə ADP sədrliyindən xaric ediləcək

Siyasət Materials 17 Fevral 2007 12:04 (UTC +04:00)

ADP sədri Rəsul Quliyev sabah - fevralın 18-də bir qrup partiya üzvünün keçirəcəyi Ali Məclisin iclasına telefon vasitəsilə qatılacaqsa, Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) onu sədr vəzifəsindən azad edəcək. Bu barədə Trend ə ADP-nin MNTK-sının sədri Bəhruz Məmmədov açıqlama verib.

Qeyd edək ki, ADP-nin 9-cu qurultayı çağırıldığı üçün MNTK-dan başqa partiyanın bütün seçkili, rəhbər strukturları buraxılıb. Ali Məclisin sədri vəzifəsindən azad edilmiş Akif Şahbazov isə fevralın 18-nə Ali Məclisin fövqəladə iclasını çağırıb. Bəhruz Məmmədov bildirib ki, A.Şahbazov partiyadan xaric edildiyi üçün onun Ali Məclisin iclasını çağırmaq səlahiyyəti yoxdur. Ona görə də MNTK qərara alıb ki, ADP-nin adından istifadə edərək toplantı keçirən kənar şəxslərin barəsində hüquq-mühafiəzə oraqlarına müraciət ediləcək. Həmçinin həmin toplantıda partiya üzvləri iştirak edərsə, MNTK onların barəsində də qərar çıxarılacaq.

Eyni zamanda ADP lideri Rəsul Quliyev MNTK-nın qanunsuz hesab etdiyi toplantıya qoşularsa, onun barəsində cəza tədbiri görüləcək. Nizamnaməyə əsasən, ən sonuncu cəza tədbiri partiyadan xaric edilmə qərarıdır. B.Məmmədovun sözlərinə görə, MNTK Rəsul Quliyevin sabahkı addımından asılı olaraq onu sədrlikdən və ADP sıralarından xaric edə bilər.

Xəbər lenti

Xəbər lenti