...

AXCP sədr müavini: "ADP ilə mövqelərimiz üst-üstə düşməyəcəksə, onun qərargahında qalmağımız da mümkün olmayacaq"

Siyasət Materials 17 Fevral 2007 12:31 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) müxalifətçi mövqeyini, hakimiyyətinə münasibətini dəyişsə, onun qərargahında müvəqqəti məskunlaşmış Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oranı tərk edəcək. Bu barədə Trend ə AXCP sədrinin müavini Nurəddin Məmmədli açıqlama verib.

Onun sözlərinə görə, AXCP uzun müddət ADP-nin qərargahında fəaliyyət göstərmək niyyətində deyil. Buna görə də AXCP qərargah üçün yer axtarışını davam etdirir və partiya fəallarının evlərində də toplantıların keçirilməsi nəzərdə tutulur. N.Məmmədlinin sözlərinə görə, ADP daxilində baş verən hadisələr AXCP-ni oranı tərk etmək məcburiyyətində qoya bilər: "Biz istərdik ki, ADP real müxalifət mövqeyində qalsın, müxalifətin önündə getsin. Amma əgər mövqelərimiz, maraqlarımız üst-üstə düşməyəcəksə, ADP-nin qərargahında qalmağımız da mümkün olmayacaq"-deyə AXCP sədrinin müavini bildirib.

Xəbər lenti

Xəbər lenti