...

ATƏT Parlament Assambleyasının qış sessiyasının gündəliyi açıqlanıb

Siyasət Materials 17 Fevral 2007 13:33 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının (ATƏ PA) qış sessiyasının birinci günü quruma daxil olan üç komitənin -siyasi və təhlükəsizlik, iqtisadiyyat və demokratiya, insan hüquqları və humanitar məsələlər komitələrinin birgə iclası keçiriləcək. Bu barədə Trend ə açıqlamasında Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin katibi İlqar Fərzəliyev məlumat verib.

İ.Fərzəliyev qeyd edib ki, sonra komitələrin ayrı-ayrılıqda iclasları olacaq. Bundan sonra isə ATƏT PA-nın pelenar iclası başlayacaq.

Xatırladaq ki, ATƏT PA-nın qış sessiyası fevralın 22-23-də Vyanada keçiriləcək.

"Sessiyada milli azlıqlar və onların təhlükəsizliyinin təmin olunması məsələsi müzakirə ediləcək. Bu məsələ ilə bağlı ATƏT PA-nın ali komissarı, səfir Rolf Ekeus çıxış edəcək. Bundan başqa sessiya çərçivəsində Kosovodakı vəziyyət, ATƏT regionunda enerji təhlükəsizliyinin təmin olunması məsələləri müzakirəyə çıxarılacaq", -deyə İlqar Fərzəliyev bildirib.

Onun sözlərinə görə, ATƏT-in 2006-cı ilin iyul ayında Brüsseldə keçirilən yay sessiyasında qəbul olunmuş "Brüsel deklorasiyası" hər üç komitədə, sonra isə Parlament Assambleyasında müzakirə olunacaq.

Bundan başqa Azərbaycan nümayəndə heyətinin üzvləri Xocalı faciəsini gündəmə gətirəcəklər. Bununla bağlı çıxışlar edəcəklər.

Xatırladaq ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova rəhbərlik edir. Nümayəndə heyətinə deputatlar Eldar İbrahimov, Fəttah Heydərov, Fazil Mustafayev, Rəbiyyət Aslanova və Azay Quliyev daxildir. Nümayəndə heyətinin katibi Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İlqar Fərzəliyevdir. Azay Quliyev istisna olmaqla nümayəndə heyətinin digər üzvləri qurumun qış sessiyasında iştirak edəcəklər..

Xəbər lenti

Xəbər lenti