...

Azərbaycanın dövlət Kapital Bankı 2006-cı ilin nəticələrini elan edib

Siyasət Materials 17 Fevral 2007 14:47 (UTC +04:00)

Trend in məlumatına əsasən, bu gün dövlət Kapital Bankı 2006-cı il fəaliyyətinin nəticələrinə həsr olunmuş illik yığıncaq keçirib. Görüş bank filialları rəhbərlərinin iştirakı ilə keçirilib. Kapital Bank respublikada filiallarının sayına görə liderdir. Hazırda bankın 88 filialı var. Bununla yanaşı, respublikada təxminən 100 kassa xidməti məntəqələri fəaliyyət göstərir.

Bankın idarə heyətinin rəhbəri Rauf Rzayev ötən il fəaliyyətinin nəticələrinə müsbət qiymət verib. Belə ki, Fitch beynəlxalq reytinq agentliyi Kapital Bankın reytinqini uzunmüddətli BB, qısamüddətli B, "3" dəstək reytinqinə qədər qaldırıb. 2006-cı ildə digər reytinq agentliyi Moody`s Investors Service Kapital Banka xarici valyutada uzun və qısamüddətli depozitlər üzrə Ba2\NP, manatlarla depozitə görə Baa2\P-2, E+ maliyyə davamlılığı reytinqini verib. Bütün reytinqlərə görə proqnoz sabitdir. Sosial və iqtisadi layihələrinin həyata keçirilməsində (onların əksəriyyəti milli əhəmiyyət kəsb edir) dövlətin agenti kimi Kapital Bank Azərbaycanın ödəmə sistemi və iqtisadiyyatında vacib rol oynayır.

Ötən il bank "Xəzri" adı altında respublika daxilində özünün sürətli pul köçürmələri sistemini təqdim edib. Respublikada ödəmələrin əksər hisssəsinin bu bankın payına düşdüyünü nəzərə alaraq, bu sistem bir neçə dəqiqə ərzində respublikanın istənilən nöqtəsindən aşağı tariflə təcili pul köçürmələrini həyata keçirə bilər.

R. Rzayevin sözlərinə görə, Kapital Bank Şamaxıda "Star" televiziya texnikası istehsal edən zavodunun açılışı kimi sosial əhəmiyyətli layihələri maliyyələşdirərək regionların inkişafı proqramını dəstəkləyir.

1 yanvar 2007-ci il göstəricilərinə əsasən, bankın aktivləri 50,8% artaraq 148,879 milyon manat təşkil edib. Bununla bankın kredit çantası 36,2% artımla 60,795 milyon manat təşkil edib, öhdəliklər 123,094 milyon manata çatıb (058,9%), burada depozitlərə 105,224 milyon manat (52,6% artım) düşür.

Kapital Bankın balans kapitalı ilin yekununa görə 25,785 milyon manat təşkil edib. Bankın ümumi kapitalı 2006-cı ilin yanvarın 1-də 17,180 milyon manatadək, 2007-ci ilin əvvəlində 19,908 milyon manatadək artıb. Nizamnamə kapitalı il ərzində 1 milyon manat artaraq 12 milyon manat səviyyəsində formalaşıb.

Xəbər lenti

Xəbər lenti