...

Gürcüstan, Azərbaycan və Türkiyə XİN təhlükəsizliyin təmin olunması üzrə saziş imzalayacaqlar

Siyasət Materials 19 Fevral 2007 11:37 (UTC +04:00)

Gürcüstan, Azərbaycan və Türkiyə bölgədə təhlükəsizliyin təmin olunması üçün XİN arasında əməkdaşlığı gücləndirmək niyyətindədirlər. Gürcüstan XİN-in rəsmi nümayəndəsi Xizanişvilinin Trend in xüsusi müxbirinə verdiyi xəbərə görə, yaxın vaxtlarda üç ölkənin XİN arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

"İndi sənədin mətni hazırlanır. Bu sənəd Gürcüstan, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri səviyyəsində razılaşdırılmalıdır", deyə o bildirib və qeyd edib ki, mətn artıq yaxın vaxtlarda hazır olacaq. O, məsələn, Batumidəki aeroport, üç ölkənin ərazisindən keçən boru kəmərləri kimi regional əhəmiyyətli obyektlərin təhlükəsizliyinin birgə təmin olunmasına, bölgədə narkotik dövriyyəsi ilə birgə mübarizəyə, sərhədyanı cinayətkarlığın qarşısının alınmasına və b. aiddir.

Güc strukturlarındakı mənbələrdən Trend in xüsusi müxbirinə məlum olduğu kimi, təhlükəsizlik məsələlərini təmin edəcək və üç idarənin qüvvələrini koordinasiya edəcək birgə güc strukturlarının yaradılması mümkündür.

Xəbər lenti

Xəbər lenti