...

Müsavat funksioneri Arif Hacılı: "Müsavat Partiyası növbəti aksiyanı mart ayında keçirəcək"

Siyasət Materials 19 Fevral 2007 12:38 (UTC +04:00)

Müsavat Partiyası növbəti aksiyanı mart ayında keçirəcək. Bu barədə Trend ə açıqlamasında Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

A.Hacılı qeyd edib ki, növbəti aksiya da sosial problemlərlə bağlı olacaq və Tarif Şurasının enerji daşıyıcılarının qiymətlərini artırmasına etiraz olaraq keçiriləcək.

Onun sözlərinə görə, aksiyanın dəqiq tarixi, ünvanı və digər məsələlər partiyada aparılan müzakirələrdən sonra müəyyənləşdiriləcək. Bu müzakirələr isə yaxın günlərdə baş tutacaq.

Xatırladaq ki, müxalifəti təmsil edən Müsavat Partiyası yanvarın 28-də və fevralın 18-də Tarif Şurasının qərarına etiraz olaraq Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasının qarşısından başlayaraq Məhəmməd Hadı küçəsindən keçməklə "Ukrayna" meydanınadək yürüş-mitinq keçirib.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin sədri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya parlamentdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti