...

Erməni sərhədçiləri tərəfindən saxlanmış Hüseyn Məmmədov: "Biz üç gün "Stepanavan" sərhəd dəstəsində qaldıq"

Siyasət Materials 19 Fevral 2007 13:00 (UTC +04:00)

Erməni tərəfinin azad etdiyi milliyyətcə azərbaycanlı olan üç Gürcüstan vətəndaşının hamısı doğma Sadaxlo kəndindədirlər. Gürcüstanın sərhəd polisindən Trend in xüsusi müxbirinə verilən xəbərə görə, Hüseyn Məmmədov, Mehman Əsgərov və Kamandar Mustafayev şənbədən bazar gününə keçən gecə "Qırmızı körpü" NSM-də gürcü sərhədçilərinə verilib.

H.Məmmədov beş gün əvvəl neytral zonada saxlanılıb. Saxlanılan şəxslərin ikisi Ermənistan ərazisində saxlanılıb, burada onlar qanunsuz olaraq meşəni qırırdılar. Qeyd etmək lazımdır ki, milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşlarının azad olunması Gürcüstanın sərhəd polisinin israrlı müraciətlərindən sonra mümkün olub. Azad olunan şəxslərin hər üçü inzibati cərimə ödənmədən Gürcüstana verilib. Bunun səbəbi Gürcüstan və Ermənistan sərhədçiləri arasında həmkar münasibətləri olub.

Hüseyn Məmmədovun Trend ə verdiyi xəbərə görə, bu ərazi heç kimin hesab olunmur və ona görə də Sadaxlo kəndinin sakinləri orada odun qırırlar. O vurğulayıb ki, erməni sərhədçiləri tərəfindən müraciət korrekt olub. "Biz "Stepanavan" sərhəd dəstəsində üç gün qaldıq və mən münasibətin pis olmasından şikayətlənə bilmərəm", - deyə o bildirib.

Qeyd etmək lazımdır ki, Ermənistan qanunvericiliyinə görə, meşənin qanunsuz qırılmasına görə cərimə ödənişi şəklində inzibati cəza nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti