...

Naxçıvanda daxili bazarın qorunması və maliyyə intizamının yaxşılaşdırılmasına həsr edilmiş müşavirə keçirilib

Siyasət Materials 19 Fevral 2007 13:55 (UTC +04:00)

Naxçıvan MR Ali Məclisində müşavirə keçirilib. Trend in Naxçıvan Bürosunun məlumatına görə, müşavirə regionda daxili bazarın qorunması və maliyyə intizamının yaxşılaşdırılmasına həsr edilib.

Müşavirədə çıxış edən Ali Məclis Sədri qeyd olunan istiqamətdə həyata keçirilən uğurlu tədbirlərlə yanaşı maliyyə intizamının yaxşılaşdırılması və daxili bazarın qorunmasında çatışmazlıqların mövcud olduğunu deyib. Vasif Talıbov nitqində tapşırıqların düzgün yerinə yetirilmədiyinə, məsuliyyətsizlik etdiklərinə görə Azərbaycan Respublikası Milli Bankı Naxçıvan MR İdarəsinin sədri və Naxçıvan MR vergilər nazirinin tutduqları vəzifələrdən uzaqlaşdırıldığnı bildirib, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Ali Məclis Sədri hazırda Muxtar Respublikada əhalinin 50 adda yerli məhsulla təmin olduğunu qeyd edərək bu istiqamətdə daha geniş addımların atılması üçün mövcud imkanlardan da danışıb. "Hər bir sahəni inkişaf etdirmək üçün bizim şəraitimiz var. Əgər bir ildə xaricdən alıb gətirdiyimiz ərzaq məhsullarını hesablasaq görərik ki, dövlətimizin vətəndaşlara verdiyi vəsaitin 40%-ə qədəri xaricə axıb gedir. Odur ki, belə məhsulların Muxtar Respublikamızda istehsalını və satışını təmin etməliyik".

Sonra müzakirə olunan məsələ ilə bağlı aidiyyatı strukturların rəhbərləri çıxış edib. Müşavirəyə yekun vuran Naxçıvan MR Ali Məclis Sədri qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti