...

Bu gün Rəsul Quliyevin ADP sədrliyindən xaric ediləcəyi gözlənilir

Siyasət Materials 19 Fevral 2007 14:00 (UTC +04:00)

Bu gün - fevralın 19-da Azərbaycan Demokrat Partiyası (ADP) sədri Rəsul Quliyevin partiyanın MNTK-sının qərarı ilə sədrlikdən və ADP sıralarından uzaqlaşdırılması gözlənilir. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Mərkəzi Nəzarət təftiş Komissiyasının (MNTK) bugünkü toplantısında bir sıra partiya üzvlərinin, o cümlədən sədr Rəsul Quliyevin barəsində qərar çıxarılacaq. Qeyd edək ki, ADP Ali Məclisinin sədri vəzifəsindən uzaqlaşdırılmış Akif Şahbazov və onun tərəfdarları olan bir neçə nəfərin iştirakı ilə fevralın 18-də Ali Məclisin növbədənkənar toplantısı keçirilib. Həmin iclasa ADP sədri Rəsul Quliyev də telefonla qoşulub və onları dəstəklədiyini bildirib. ADP-nin MNTK-sı bu toplantını, həmçinin R.Quliyevin iclasa qoşulmasını qanuna və Nizamnaməyə zidd odğunu bəyan edib.

A.Şahbazovun çağırdığı toplantıda iştirak etmiş partiya üzvlərinin və R.Quliyevin barəsində Nizamnaməyə uyğun olaraq inzibati tədbir görüləcək, ADP-dən xaric edilmiş şəxslərdən isə məhkəməyə şikayət veriləcək.

Xəbər lenti

Xəbər lenti