...

Səfir: Azərbaycanın müdafiə naziri BƏƏ-də IDEC Beynəlxalq sərgisi ilə tanış olub

Siyasət Materials 19 Fevral 2007 14:09 (UTC +04:00)
Səfir: Azərbaycanın müdafiə naziri BƏƏ-də IDEC Beynəlxalq sərgisi ilə tanış olub

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev fevralın 18-22-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən International Defence Exibition Conference (IDEC) beynəlxalq sərgisində qabaqcıl dünya hərbi texnologiyaları ilə tanış olub. Bu barədə Trend ə Azərbaycanın BƏƏ-dəki səfiri Eldar Səlimov məlumat verib.

Səfir qeyd edib ki, sərgi iki ildə bir dəfə keçirilir və müdafiə sahəsində bütün dünyada tanınan sərgi-konfranslardan biridir.

Sərgidə iştirak çərçivəsində Azərbaycanın müdafiə idarəsinin başçısı BƏƏ müdafiə nazirinin müavini Məhəmməd əl Qədirlə görüşüb. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Səfir bildirib ki, sərgi-konfransda iştirak çərçivəsində Azərbaycanın müdafiə naziri vitse-prezident, baş nazir, Dubayın əmiri, müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid əl Maktumla və BƏƏ Silahlı qüvvələrinin Baş qərargah rəisi Səid Əl Rumeysi ilə görüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti