...

Rusiya Federal Məclisi Federasiya Şurası sədri martın sonunda Azərbaycana səfər edəcək

Siyasət Materials 19 Fevral 2007 14:47 (UTC +04:00)

Rusiya Federal Məclisi Federasiya Şurası sədri Sergey Mironov martın sonunda Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə RF Federasiya Şurasının Beynəlxalq Əlaqələr İdarəsindən bildiriblər.

İdarədən bildiriblər ki, səfərin dəqiq tarixi hazırda Azərbaycan tərəfi ilə razılaşdırılır. Həmçinin səfər proqramının müəyyənləşdirilməsi aparılır. Lakin səfərin əsas maddələri artıq məlumdur, Azərbaycan Milli Məclisi sədri Oqtay Əsədovla və prezident İlham Əliyevlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

S.Mironovun səfəri 2006-cı ilin sonunda olmalı idi, lakin təşkilati məsələlərlə əlaqədar təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti