...

Akif Şahbazov "Azadlıq" bloku Sədrlər Şurasının iclaslarına buraxılmayacaq

Siyasət Materials 19 Fevral 2007 15:42 (UTC +04:00)

Akif Şahbazov "Azadlıq" bloku Sədrlər Şurasının iclaslarına buraxılmayacaq. Bu barədə Trend ə açıqlamasında "Azadlıq" blokunun həmtəsisçilərindən biri olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, blokun Sədrlər Şurasının növbəti iclası fevralın 20-də Azərbaycan Liberal Partiyasının qərərgahında keçiriləcək.

"İclasda ADP-də baş verən proseslər müzakirə olunacaq. Biz hesab edirdik ki, Rəsul Quliyev rəsmi qaydada "Azadlıq" blokunun qərarına münasibət bildirəcək. Təssüf ki, bu belə olmadı. Ona görə də əlavə şərh verməyə ehtiyac duymuram. Sədrlər Şurasının iclasında bütün məlumatlar ümumiləşdiriləcək. Bundan sonra yaranmış vəziyyətlə bağlı qərar qəbul edəcəyik" - deyə Əli Əliyev bildirib.

Xatırladaq ki, ADP sədri Rəsul Quliyev Sərdar Cəlaloğlunu özünün birinci müavini və partiyanın "Azadlıq" blokundakı nümayəndəsi vəzifəsindən azad etsə də, blok bu qərarı tanımayıb. Eyni zamanda Rəsul Quliyev ADP Ali Məclisinin sədri Akif Şahbazovu partiyanın blokdakı nümayəndəsi təyin etsə də, "Azadlıq" blokunun Sədrlər Şurası Sərdar Cəlaloğlu ilə əməkdşlıq haqqında qərar qəbul edib.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) birləşib.

Xəbər lenti

Xəbər lenti