...

2006-cı ildə Gəncənin büdcə proqnozları 113,3 faiz yerinə yetirilib

Siyasət Materials 19 Fevral 2007 16:46 (UTC +04:00)

Bu gün Gəncə İcra Hakimiyyəti binasında şəhərin büdcəsinin 2006-cı il icrasına və 2007-ci ilin büdcə proqnozlarına həsr edilən mətbuat konfransı keçirilib. Trend in Qərb Bürosunun verdiyi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini İlham Əliyev bildirib ki, tədbirin keçirilməsində məqsəb büdcə şəffavlığını təmin etmək, şəhərə ayrılan vəsaitin hara xərcləndiyi barədə media mənsublarına məlumat verməkdən ibarətdir.

Konfransda bildirilib ki, ötən il şəhərin büdcə proqnozlarının göstəriciləri artıqlaması ilə yerinə yetirilərək 113,3 faiz təşkil edib. 2007-ci il üçün Gəncəyə ayrılan büdcənin proqnoz göstəricisi 2006-ci ilə nisbətən 44% artırılaraq 33,1 milyon manata çatdırılıb. Bu məbləğin 11,265 milyon manatı yerli gəlirlər, 21,883 manatı isə mərkəzdən ayrılan vəsait hesabına formalaşıb.

Tədbirdə tövsiyə edilib ki, belə mətbuat konfransları ayrı-ayrılıqda şəhərin müxtəlif idarələrində keçirilsin.

Xəbər lenti

Xəbər lenti