...

Bakıya Türkiyənin quru qoşunları komandanı səfər edəcək

Siyasət Materials 19 Fevral 2007 16:52 (UTC +04:00)

6-8 mart tarixində Türkiyənin quru qoşunlarının komandanı İlkər Başbuq Bakıya səfər edəcək. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfərin məqsədi Azərbaycan tərəfi ilə hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Səfər çərçivəsində komandan prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə danşıqlar aparacaq.

Azərbaycan və Türkiyə arasında hərbi-müdafiə sahəsində əməkdaşlığın perspektivləri 26 fevral-1 mart tarixində Türkiyə ordusunun digər yüksək vəzifəli şəxsi Türkiyənin Silahlı Qüvvlərinin Baş Qərargahının ikinci rəhbəri Argün Sayqının Azərbaycana səfəri zamanı da diqqət mərkəzində olacaq. Baş Qərargahın 2-ci rəhbərinin səfəri zamanı müdafiə naziri Səfər Əbiyevlə görüş planlaşdırılıb. Türkiyəli generalı dövlət başçısı, prezident İlham Əliyevin də qəbul edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti