...

Rusiyalı həmsədr hesab edir ki, BMT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması təşəbbüsləri danışıqların gedişatına mane olur

Siyasət Materials 19 Fevral 2007 16:52 (UTC +04:00)
Rusiyalı həmsədr hesab edir ki, BMT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması təşəbbüsləri danışıqların gedişatına mane olur

ATƏT Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Trend ə verdiyi müsahibəsində bildirib ki, BMT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması təşəbbüsləri danışıqların gedişatına mane olur. O qeyd edib ki, "səylər başlıca prinsiplərin razılaşdırılmasına yönəldilməli, başqa tərəfə yayınmamalıdırlar".

Y.Merzlyakov bildirib ki, əgər məsələ BMT çərçivəsində müzakirə olunsa, erməni tərəfinin Dağlıq Qarabağın bu danışıqlara cəlb olunmasını tələb edən məlum reaksiyası arzuolunmaz olacaq. O vurğulayıb ki, BMT qətnamələrində Ermənistana yeganə bir müraciət Qarabağa təsir göstərəcək. Ona görə Ermənistan bəyan edir ki, məsələ BMT-də irəli sürüldüyü halda, Azərbaycan Dağlıq Qarabağla danışmalı olacaq. Rusiyalı həmsədr əmindir ki, bu, danışıqlar prosesi üçün heç də yaxşı olmayacaq.

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüş tarixinə toxunan Y.Merzlyakov qeyd edib ki, görüş təxminən martın əvvəlində keçiriləcək, lakin həmsədrlər hələ tərəflərin razılığını əldə edə bilmirlər.

O həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə qədər ATƏT Minsk qrupunun həmsədrlərindən biri təşkilati və başqa məsələləri həll etmək üçün bölgəyə səfər edəcək.

Xəbər lenti

Xəbər lenti