...

Akif Şahbazov: "Rəsul Quliyevin rəhbərliyi ilə aprelin ortalarında ADP-nin qurultayını keçirəcəyik"

Siyasət Materials 19 Fevral 2007 17:26 (UTC +04:00)

Rəsul Quliyevin tərəfdarları aprel ayının ortalarında ADP-nin qurultayını keçirəcəklər. Bu barədə Trend ə ADP Ali Məclisinin sədri olmuş Akif Şahbazov məlumat verib.

Qeyd edək ki, ADP-nin MNTK-sı A.Şahbazovu, həmçinin sədr Rəsul Quliyevi vəzifəsindən və partiya sıralarından uzaqlaşdırıb. Lakin A.Şahbazov bu qərarı əsassız sayır və özünün ADP-də təmsil olunduğunu, R.Quliyevin partiyanın qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə sədr seçildiyini iddia edir.

Qeyd edək ki, Rəsul Quliyev də birinci müavini Sərdar Cəlaloğlunu və onun tərəfdarları olan bir sıra funksionerləri vəzifələrindən azad etmək barədə sərəncam verib. Lakin bu sərəncamı da qarşı tərəf tanımır. S.Cəlaloğlu və tərəfdarları da ADP-nin 9-cu qurultayına hazırlaşırlar. Beləliklə, ADP-nin ayrılıqda iki qurultayının keçirilməsi planlaşdırılır. A.Şahbazov bildirib ki, onların qurultayını R.Quliyev dəstəkləyir və şəxsən özü təşkilatçılıq işlərinə rəhbərlik edir. Onun sözlərinə görə, sədr R.Quliyevin sərəncamı ilə vəzifələrindən azad edilmiş şəxslərin qurultayı isə qanunsuz sayılmalıdır. Əlavə edək ki, eyni fikirlər qarşı tərəfdən R.Quliyevin, A.Şahbazovun ünvanına səsləndirilir.

Xəbər lenti

Xəbər lenti