...

ADP Mərkəzi Nəzarət-Təftiş Komissiyası Rəsul Quliyevin tərəfdarlarının keçirdikləri toplantını qeyri-qanuni hesab edir

Siyasət Materials 19 Fevral 2007 20:03 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) fevralın 18-də bir qrup şəxsin partiyanın Ali Məclisi adından keçirdikləri toplantını qeyri-qanuni hesab edir. Trend in məlumatına görə ADP MNTK-sı fevralın 19-də iclas keçirib və toplantıda məsələ ilə əlaqədar müzakirələr aparılıb.

MNTK partiya nizamnaməsinin 9.2.6-cı bəndini əsas götürərək Rəsul Quliyevin tərəfdarlarının həmin toplantını keçirmələrinin nizamnaməyə zidd olması və onların qəbul etdiyi qərarların əsassız olması haqqında qərar verib.

Xatırladaq ki, ADP sədri Rəsul Quliyevin tərəfdarları fevralın 19-da Klassik Xalq Cəbhəsi Partiyasının qərərgahında Ali Məclisin iclasını keçirərək bir sıra qərarlar qəbul ediblər. ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) fevralın 19-da keçirilən birgə iclasında Rəsul Quliyevin partiyadan xaric olunması haqqında qərar qəbul olunub.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti