...

Rəsul Quliyevin portretləri ADP qərargahından yığışdırılıb

Siyasət Materials 19 Fevral 2007 20:13 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin portretləri partiya qərargahındakı otaqlardan, o cümlədən indiyə qədər partiya sədrinin birinci müavini olmuş Sərdar Cəlaloğlunun iş kabinetindən yığışdırılıb. Bu barədə Trend xəbər verir.

Xatırladaq ki, ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) fevralın 19-da keçirilən birgə iclasında Rəsul Quliyevin partiyadan xaric olunması haqqında qərar qəbul olunub.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti