...

Azərbaycan prezidenti əmindir ki, Almaniya və Azərbaycan münasibətləri yeni səviyyəyə qədəm qoyur

Siyasət Materials 19 Fevral 2007 20:36 (UTC +04:00)

Bu yaxınlarda Berlində Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və başqa sahələrdə əməkədaşlıqla bağlı məsələlər müzakirə olunub. Trend ə əsasən, bu barədə fevralın 19-da Almaniyanın xarici işlər naziri Frank-Valter Ştainmayeri qəbul edən Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Bu yaxınlarda Almaniya səfərindən danışan prezident deyib ki, bu ikitərəfli münasibətləri yeni səviyyəyə çıxarmağa imkan verəcək. İkitərəfli əməkdaşlığın bütün sahələrində çox yaxşı inkişaf var deyən prezident əlavə edib ki, Almaniya XİN rəhbərinin Azərbaycana səfəri gələcək münasibətlər üçün böyük əhəmiyyətə malik olacaq.

Frank-Valter Ştainmayer öz növbəsində əlavə edib ki, Almaniya tərəfinin Azərbaycan prezidentinin başçılığı altında Azərbaycan iqtisadi missiyanın səfərindən razı qaldığını bildirib. O, bu səfərdən sonra iki ölkə arasında mövcud olan münasibətlərin yeni mərhələyə qədəm qoyacağına ümid bəslədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti