...

Naxçıvan MR-də elektrik enerjisinə tələbat 250 MVT-dan 150-160 MVT-a enib

Siyasət Materials 20 Fevral 2007 11:23 (UTC +04:00)

Naxçıvan MR-də elektrik enerjisinə tələbat 250 MVT-dan 150-160 MVT-a enib. Trend in Naxçıvan Bürosuna bu barədə Naxçıvan MR Dövlət Energetika Agentliyindən bildiriblər.

Belə ki, Naxçıvan MR-in elektrik enerjisi ilə təmin olunması üçün ilin əvvəlində 250 MVT elektrik enerjisi tələb olunurdusa, sayğacların quraşdırılması ilə bu rəqəm 150-160 MVT-a qədər enib. Hazırda gündəlik sərfiyyat 3 mln 200 min KVT-a çatır. Dekabr ayında isə gündəlik sərfiyyat 4 mln 780 min KVT təşkil edib.

Adıçəkilən agentlikdən Trend ə onu da bildiriblər ki, enerji sərfiyyatının azalmasına regionun qazlaşdırılması ilə yanaşı elektrik enerjisi üçün sayğacların quraşdırılması da əhəmiyyətli dərəcədə təsir edib. Ümumilikdə, regionda 41 150 ünvanda proses başa çatıb, qalan 20 minə qədər abonentin ünvanında isə mart ayının ortalarınadək sayğacların quraşdırılması işi başa çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti