...

Gəncədə yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadın tutulub

Siyasət Materials 20 Fevral 2007 11:48 (UTC +04:00)

Gəncədə yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadın tutulub. Bu barədə məlumatı Trend in Qərb Bürosu verib.

Gəncə şəhər Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin baş müstəntiqi Şahin Sadıxovun verdiyi məlumata görə, tutulan qadın Haqverdiyeva Dürdanə İsmayıl qızıdır. O, şəhərdə "Dudu" ləqəbi ilə tanınır. Belə ki, sözügedən bu şəxs 7 iyul 1991-ci ildə anadan olan Pirquliyeva Ləman Camal qızını fahişəliyə cəlb edən zaman yaxalanıb. "Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, "Dudu" ləqəbli bu qadın azyaşlı Ləmanı bir nəfərə 40 manata satıb. O, pulun 14 manatını Ləmana verib, qalanını isə özünə götürüb. Ləmanı dindirən zaman məlum oldu ki, o, Dürdanə ilə xeyli vaxtdır ki tanışdır və uzaq qohumluqları çatır. Ləmanın bildirdiynə görə, o, əlaqədə olduğu kişi ilə Dürdanə vasitəsilə onlarda tanış olub və sonra başqa yerə aparılıb. Ləmanın sözlərindən məlum olub ki, o, Dürdanəgildə olanda orada başqa qızlar da var imiş" - deyə Ş. Sadıxov bildirib.

Qeyd edək ki, hazırda Dürdanə Haqverdiyeva barəsində cinayət məcəlləsinin 171.1 maddəsi ilə (yetkinlik yaşına çatmayanların faişəliyə gəlb edilmə) cinayət işi açılıb. Bu maddə ilə Dudunu 3-ildən 6 ilə kimi azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti