...

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti bu gün Vyanaya yola düşəcək

Siyasət Materials 20 Fevral 2007 12:15 (UTC +04:00)

Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün bu gün Iyanaya yola düşəcək. Bu barədə Trend xəbər verir.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, Fəttah Heydərov və Fazil Mustafayev daxildirlər.

Tədbirdə ATƏT regionunda enerji təhlükəsizliyi, təşkilatın öhdəliklərinə və Brüssel Bəyannaməsinə əməl edilməsi, Kütləvi İnformasiya Iasitələrinin azadlığı, iqtisadi və ətraf mühit məsələləri barədə çıxışlar dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.

Səfər fevralın 25-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti