...

"Azadlıq" bloku Sədrlər Şurasının toplantısı təxirə salınıb

Siyasət Materials 20 Fevral 2007 12:19 (UTC +04:00)

"Azadlıq" bloku Sədrlər Şurasının fevralın 20-nə nəzərdə tutulan toplantısı təxirə salınıb. Bu barədə Trend ə açıqlamasında blokun Sədrlər Şurasının üzvü, Azərbaycan Demokrat Partiyasının (ADP) funksioneri Sərdar Cəlaloğlu məlumat verib.

S.Cəlaloğlu qeyd edib ki, toplantının təxirə salınması blokun Sədrlər Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin başqa bir görüşünün olması ilə əlaqədardır.

O bildirib ki, Sədrlər Şurasının iclası fevralın 21-də keçiriləcək.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti