...

Yanvar ayı ərzində Azərbaycan ərazisində narkotiklərlə bağlı 233 fakt qeydə alınıb

Siyasət Materials 20 Fevral 2007 16:54 (UTC +04:00)

2007-ci ilin yanvar ayında Azərbaycan ərazisində narkotiklərlə bağlı 233 fakt qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bu faktlardan 69-u narkotiklərin satışı, 161-i narkotiklərin saxlanılması, 21-i isə narkotiklərin əkilməsi ilə bağlıdır. Vətəndaşlardan 7 kq 760 qram marixuana, 2 kq 582 qram həşiş, 5 kq 950 qram tiryək, 1 kq 278 qram isə heroin götürülüb.

17 kiloqramdan artıq çəki təşkil edən bu narkotik maddələr dövriyyədən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti