...

Deputat Həvva Məmmədova: "Milli Məclis Xocalı faciəsini soyqırım kimi tanıyıb"

Siyasət Materials 21 Fevral 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Milli Məclis Xocalı faciəsini soyqırım kimi tanıyıb. Bu barədə Trend ə açıqlamasında Xankəndidən seçilmiş millət vəkili Həvva Məmmədova bildirib.

H.Məmmədova qeyd edib ki, Azərbaycan parlamenti Xocalı faciəsi ilə bağlı indiyə qədər 4 bəyanat qəbul edib.

"Həmin bəyanatların hamısında qeyd olunub ki, ermənilər Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Bundan başqa Azərbaycan prezidentinin Xocalı faciəsi ilə bağlı imzaladığı sərəncamda və digər sənədlərdə Xocalıda baş verənlər soyqırım adlandırılıb", -deyə Həvva Məmmədova vurğulayıb.

Qeyd edək ki, fevralın 26 və 27-də Milli Məclisdə Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı dinləmələr keçiriləcək.

Xəbər lenti

Xəbər lenti