...

Erməni hərbiçiləri cəbhəyanı kənd sakinlərini kənd təsərrüfatı işləri ilə məşğul olmağa qoymur

Siyasət Materials 21 Fevral 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Qoşunların təmas xəttindən təxminən 500- 600 metr aralıda yerləşən Füzuli rayonun Alxanlı kənd sakinləri təssərrüfat işləri ilə məşğul ola bilmirlər. Baxmayaraq ki, sakinlərin əsas qazancı əkin-biçindəndir. Kənd camaatının sözlərinə görə, buna səbəb əkin üçün yararlı torpaq sahələri erməni hərbi birləşmələrinin postlarına yaxın ərazidə olmasıdır. Sakinlər sahələrdə əkin-biçinlə məşğul olarkən erməni hərbiçiləri onları atəşə tutur. Hazırda torpağı becərib, məhsul əkməyin vaxtı olsa da, kənd sakinləri bu işdə də acizdir. Kənd sakinlərinin mal-qarası da otlaq sahəsində otlayarkən erməni hərbiçiləri onlara da atəş açır. Sakinlər isə məcbur qalıb əkin sahələrinə çıxmamaqla bərabər mal-qaralarını da həyətlərində saxlayırlar. Qeyd edək ki, son bir il ərzində ermənilər kəndə məxsus olan 8 iribuynuzlu heyvanı öldürüb.

Xəbər lenti

Xəbər lenti