...

Oslod a Xocal ı soyq ı r ı m ı n ı n 15 illiyin ə h ə sr olunmu ş t ə dbir in ke ç ir il m ə si planla ş d ı r ı l ı r

Siyasət Materials 21 Fevral 2007 18:48 (UTC +04:00)

Norveç, Oslo / Trend müxbir E. Məcidli /  Norveç Azərbaycanlıları Gənclar Təşkilatı (Norwegian Azerbaijanis' Youth Organization (NAYO)) Norveçin paytaxtı Oslo şəhərində Xocalı soyqırımının 15 illiyinə həsr olunmuş tədbir keçirməyi planlaşdırır. Tədbirə Azərbaycan Respublikasının Böyük Britaniya, Norveç, İrlandiya ve İsveç üzre fövqəladə və səlahiyyətli səfiri Cənab Rafael Ibrahimov "Azerbaijan: 15 Years Later" mövzusunda məruzə vərmək üçün dəvət olunub.

Oslo universitetinin tələbə evində, Cheateu Neuf, artıq görüş üçün yer tutulub. Tədbirdən əvvəl Xocalı soyqırımına həsr olunmuş sərgi, Azərbaycana aid məlumatlar, Azərbaycan şirniyyatı və suvenirləri (köynək, kitablar, jurnallar ve s.) xarici qonaqlara təqdim olunacaq.

Norveç Azərbaycanları Gənclar Təşkilatının bu tədbirinə dəstək üçün Beynəlxalq Tələbə İttifaqı ve Xəzər Yanar Dərnəyi də öz köməkliklərini göstərəcəklər. Bu səbəbdən artıq Beynəlxalq Tələbə İttifaqı Oslo Universitetinde təhsil alan 500-dən çox beynəlxalq tələbəyə dəvətnamə göndərib. Radio və plakatlar vasitasilə tədbir haqqında məlumat geniş ictimaiyyətə catdırılır.

Norveç Azərbaycanları Gənclər Təşkilatı Xocalı soyqırımının 15 illiyinə həsr olunmuş tədbirlə yanaşı daha 2 başqa layihə də həyata keçirir.

Fervalın 26-da saat 10:30-12:00-da Norveçin Xarici İşlər İnstitutunda "The Geopolitical Role of Azerbaijan South Caucasus" mövzusunda seminar keçiriləcək ( ). Tədbire Osloda akkeditə olunmuş xarici ölkələrin səfirlikləri, Norveçin müxtəlif nazirlikləri, media nəhəngləri, tədqiqatçılar və başqaları dəvət olunub. Seminarda məruzəçi cənab Rafael Ibrahimov iştirak edəcək.

Norveç Azərbaycanları Gənclar Təşkilatı fevralın 27-də saat 14:00-16:00-da BI, Norwegian School of Management-de "Investment Opportunities in the Growing Economy of Azerbaijan" mövzusunda seminar təşkil edəcək. Seminarda Norveçin biznes dairələri, menecment məktəbinin tələbə və professor heyəti ve başqa qonaqlar iştirak edəcəkler. Seminarda m ə ruz əç i Rafael Ibrahimov da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti