...

Polşa XİN rəhbəri Azərbaycanı Cənubi Qafqazda iqtisadi lider kimi qəbul edir

Siyasət Materials 21 Fevral 2007 10:15 (UTC +04:00)
Polşa     XİN     rəhbəri     Azərbaycanı     Cənubi     Qafqazda     iqtisadi     lider     kimi     qəbul     edir

Azərbaycan, Bakı /müxbir A.İsmayılova/ Polşanın xarici işlər naziri Anna Fotiqanın Azərbaycana səfəri ərəfəsində Trend ə verdiyi eksklüziv müsahibə

- Azərbaycan və Polşa arasındakı münasibətlərin hazırkı səviyyəsini Siz necə qiymətləndirirsiniz? Bu münasibətlərin inkişaf perspektivlərini necə görürsünüz?

- Bizim münasibətlərin bugünkü səviyyəsini mən yaxşı qiymətləndirirəm. Polşa Senatı Marşalı Boqdan Boruseviçin Bakıya səfəri də daxil olmaqla son səfərlər çox uğurlu keçib. Biz siyasi əlaqələrimizin yüksək səviyyəsini saxlamaq istəyirik. Biz ümid edirik ki, bu, iqtisadi münasibətlərin inkişafında yeni təkan yaradacaq və ikitərəfli əməkdaşılğa yol açacaq. Biz Azərbaycanı Cənubi Qafqazda iqtisadi lider kimi qəbul edirik, eləcə də bu ölkə həm iqtisadi, həm də siyasi potensiala malikdir.

Polşa, əsasən energetika sahəsində intensiv əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Həmçinin iqtisadiyyatın digər sahələrinə bizim müəssisələr tərəfindən investisiyalar yatırılması vacibdir. Biz Polşa firmaları üçün yeni imkanlar açan Azərbaycan iqtisadiyyatının sürətli inkişafını müşahidə edirik.

- Sizin Azərbaycana səfəriniz nə vaxta planlaşdırılır və Bakıda hansı əsas məsələlər müzakirə ediləcək?

- Mən 2007-cil 28 fevral-1 mart tarixlərində Azərbaycana səfər etməyi planlaşdırmışam. Hazırda səfər gündəliyində Cənubi Qafqaz ərazisindəki siyasi məsələlərdən tutmuş, iqtisadi məsələlərə qədər geniş spektr məsələlər var.

İqtisadi məsələlərə gəlincə, xüsusilə iqtisadi sahədə əməkdaşlıq məsələləri üzərində dayanmağa və müvafiq investisiyalar yatırılmasına dəstəyin mümkün yollarının müzakirə edilməsinə üstünlük verərdim.

- Avropa İttifaqı və NATO ilə münasibətlərin genişləndirilməsi məsələsində Polşa Azərbaycana hansı dəstəyi göstərə bilər?

- Polşa keçən ilin noyabrında imzalanmış Avropa fəaliyyət planı üzrə razılaşmalar prosesində Azərbaycana dəstəyini artıq göstərib. Biz ümid edirik ki, fəaliyyət planının realizəsi Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsini qaldıracaq. Biz ümid edirik ki, Azərbaycan və Aİ arasında enerji məsələləri ilə bağlı strateji əməkdaşlıq üzrə memorandum Mərkəzi Asiyadan Avropaya nəqliyyat dəhlizinin tam fəaliyyət göstərməsində mühüm addım olacaq.

Biz Aİ və NATO-ya inteqrasiya təcrübəmizi artıq bölüşürük. Biz Azərbaycanın bu strukturlarla münasibətlərinin yaxşılaşdırılması istiqamətində cəhdlərini dəstəkləyəcəyik, o cümlədən ekspert, QHT-lərin fəaliyyəti, kütləvi administrasiya və bələdiyyələr səviyyəsində əməkdaşlığın köməyi ilə.

- Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi? Sizin ölkə bu problemin həlli ilə bağlı hər hansı bir təşəbbüslə çıxış etməyə hazırdırmı?

- Bizim fikrimizcə, Cənubi Qafqaz regionundakı bütün "dondurulmuş münaqişələr", o cümlədən Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyünə hörmətlə həll edilməlidir. Eyni zamanda, biz milli azlıqlara beynəlxalq sərhədlər çərçivəsində sərbəst inkişaf etməyə imkan verən müxtariyyətlərin yüksək səviyyəsinin təqdim edilməsini vacib sayırıq.

Polşa Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in, o cümlədən Minsk qrupunun səylərini dəstəkləyir. Polşa diplomatı Andjey Kaspşik ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədridir.

Biz əminik ki, münaqişənin sülh yolu ilə həlli regionda siyasi sabitlik üçün əsas olacaq. Biz düşünürük ki, bü münaqişənin Minsk qrupunun təklifləri əsasında Azərbaycan və Ermənistan siyasi liderləri və ictimaiyyətləri tərəfindən həll edilməsinin vaxtı çatıb.

- Azərbaycan iqtisadiyyatının hansı sahələri Polşa investorları üçün daha cəlbedici ola bilər? Azərbaycanın enerji ehtiyatlarının alınmasında Polşa maraqlıdırmı?

- Mərkəzi Avropadan enerji ehtiyatları tədarükünün divesifikasiyası üzrə Polşa strategiyasında Azərbaycan potensial tranzit ölkə və mənbə kimi mühüm və başqalarından fərqli bir mövqeyə malikdir. Neft və qaz tədarüklərinin divesifikasiyası üzrə bizim layihələrdə Xəzərin enerji ehtiyatları həlledici rol oynayır.

Biz Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə Avropaya nəqliyyat dəhlizinin salınmasında çox maraqlıyıq. Bu layihə yalnız bizim üçün deyil, bütün Avropa dövlətləri üçün cəlbedicidir.

Eyni zamanda, bizim məqsədlərimiz iqtisadiyyatın yalnız bir sahəsi ilə məhdudlaşmır. Biz həmçinin qida sənayesi, kənd təsərrüfatı, kimya sənayesi, turizm və nəqliyyat kimi sahələrdə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq.

- GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatı Polşa üçün nə dərəcədə cəlbedici görünür?

- Polşa GUAM-ın fəaliyyətini dəstəkləyir və bütün üzv-ölkələri ilə əməkdaşılq edir. Biz ümid edirik ki, keçən il aparılan institusional islahatlardan sonra bu təşkilat Şərqi Avropada siyasi quruculuğun güclü və sabit bir elementinə çevriləcək. Biz təşkilatın iqtisadi əməkdaşlıqda səmərəli vasitə, üzv-ölkələrin siyasi qərarlarının və fəaliyyətlərinin koordinasiyası üçün yaxşı platforma olacağına ümid edirik.

Xəbər lenti

Xəbər lenti