...

Rəsul Quliyevin portret və şəkilləri ADP-nin qərargahından yığışdırılaraq tərəfdarlarına təhvil verilib

Siyasət Materials 21 Fevral 2007 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) keçmiş sədr Rəsul Quliyevin portret və şəkillərini partiyanın qərargahından yığışdıraraq onun tərəfdarlarına təhvil verib. Bu barədə ADP-dən məlumat verilib.

"ADP-nin 9-cu Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin müavini Həsrət Rüstəmov partiyadan çıxarılmış qrupun rəhbəri Akif Şahbazova müraciət edərək, Rəsul Quliyevin qərargahdakı portretlərini götürmələrini xahiş edib. ADP keçmiş sədrin portret və şəkillərini təhlükəsiz vəziyyətdə rəsulçulara təqdim etməklə, sonuncu dəfə Rəsul Quliyevə öz ehtiramlarını bildiriblər"-deyə ADP-nin məlumatında bildirilir.

Həsrət Rüstəmov onu da deyib ki, ADP-dən xaric edilmiş şəxslərin partiyanın fövqaladə qurultayının çağırılması haqqında qərarı onların ADP-nin adı uğrunda apardıqları mübarizədə uğursuz addımdır: "ADP bu məsələləri yalnız hüquq müstəvisində qarşılıqlı anlaşma şəraitində həll edilməsinin tərəfdarıdır".

Xəbər lenti

Xəbər lenti