...

Axıska türklərinin Gürcüstana qayıdışını təmin edəcək qanun layihəsi mayın əvvəllərində parlamentdə müzakirəyə çıxarılacaq

Siyasət Materials 21 Fevral 2007 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Axıska türklərinin Gürcüstana qayıdışını təmin edəcək qanun layihəsi mayın əvvəllərində bu ölkənin parlamentində müzakirəyə çıxarılacaq. Bu barədə Azərbaycanda məskunlaşan Axıska türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov məlumat verib.

İ.Burhanov qeyd edib ki, qanun layihəsinə ilk öncə Gürcüstan parlamentinin İnsan hüquqları Komitəsində baxılacaq. Bundan sonra isə qanunverici orqanın açıq iclasında müzakirə ediləcək.

Qeyd edək ki, mərkəzi qərərgahı Moskvada yerləşən Axıska türklərinin beynəlxalq "Vətən" Cəmiyyətinin sədri Süleyman Barbakadze və Azərbaycanda məskunlaşan axıskalıların "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov bir neçə gün öncə Gürcüstanda bu ölkə parlamentinin İnsan hüquqları Komitəsinin sədri Yelaya Tiftaradze və qaçqın və məcburi köçkünlərin məskunlaşması üzrə dövlət nazirinin müavini ilə görüşüblər. Görüşlərdə Axıska türklərinin Gürcüstana qayıdışı məsələsi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti