...

ALP İcraiyyə Komitəsinin sədr müavinləri təyin olunub

Siyasət Materials 21 Fevral 2007 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Fevralın 21-də Azərbaycan Liberal Partiyası (ALP) İcraiyyə Komitəsinin yeni seçilmiş tərkibinin ilk iclası keçirilib və toplantıda təşkilatı məsələlər müzakirə olunub. Bu barədə ALP-dən məlumat verilib.

ALP İcraiyyə Komitəsinin yeni strukturuna uyğun olaraq təşkilatı məsələlərə baxılıb və səlahiyyət bölgüsü aparılıb, onların hüquq və vəzifələrini müəyyənləşdirən müvafiq əsasnamələr və təlimatlar təsdiq olunub, fəaliyyətləri istiqamətləndirilib.

Bundan başqa iclasda ALP İcraiyyə Komitəsinin sədr müavinləri və departament rəhbərləri seçilib.

Qeyd edək ki, ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. O, müxalifətçi Liberal Partiyanın qurucusu və lideridir. 2003-cü ilin prezident seçkiləri dövründə ALP sədri vəzifəsindən istefa verib və bu partiyanın da daxil olduğu Milli Birlik Hərəkatının lideri seçilib. Həmin dövürdən partiyaya ALP İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan rəhbərlik edir. Bir neçə gün əvvəl Ə.Temirxan ALP-nin sədri seçilib.

Xatırladaq ki, Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi olub.

Xəbər lenti

Xəbər lenti