...

"Azərenerji" Schneider Electric şirkət zavodlarının imkanları ilə maraqlanıb

Siyasət Materials 21 Fevral 2007 20:31 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/ "Azərenerji" SC-nin mütəxəssisləri dünən Bakıda nümayəndəliyini açan Schneider Electric şirkət zavodlarının istehsal imkanları ilə maraqlanıb. Bu barədə SC-nin məlumatında bildirilib.

Onların fikrincə, əsas maraq şirkətin yeni texnologiyalara böyük diqqət yetirməsidir. "Azərenerji"nin enerji layihələri departamentinin rəhbəri Mirməhəmməd Səməndərzadə qeyd edib ki, şirkət aşağı və orta gərginlikli avadanlıqlar istehsal edir. Enerji sistemi üzrə iri potensial sifarişçilər arasına "Azərenerji" və enerjibölüşdürücü şirkətləri aid etmək olar. Onların əksər yarımstansiyalarının müasirləşdirməyə ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti