...

Moldova baş nazirinin Bakıya səfəri başladı

Siyasət Materials 22 Fevral 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Moldova baş naziri Vasiliy Tarlevin Bakıya rəsmi səfəri başladı. Səfər zamanı Moldova hökuməti başçısını hökumət və işgüzar dairələrin nümayəndələrindən ibarət heyət müşayət edir.

Səfər proqramı çox genişdir. Moldova baş naziri Azərbaycana səfərini Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq. Saat 14:00-da Nazirlər Kabinetində hökumətlərarası komissiyanın iclası və iki ölkə hökuməti başçıları Artur Rəsizadə və Vasiliy Tarlevin görüşü keçiriləcək.

Elə həmin gün nümayəndə heyəti Heydər Əliyev Fondunda olacaq və paytaxtla tanış olacaq. Səfərin ikinci günü iki ölkənin iş adamlarının biznes-forumu ilə başlayacaq. Saat 11:00-da Vasiliy Tarlevi Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov qəbul edəcək. Həmin gün nümayəndə heyəti Səngəçal terminalını və Xəzər beynəlxalq biznes-klubunu ziyarət edəcək.

Xəbər lenti

Xəbər lenti