...

Milli Məclisin fevralın 23- nə nəzərdə tutulan iclası təxirə salınıb

Siyasət Materials 22 Fevral 2007 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin fevralın 23-də keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müzakirə üçün hazır qanun layihələri olduqda parlamentin iclasları keçirilir. Hələlik isə müzakirə üçün hazır qanun layihələri yoxdur. Növbəti toplantının nə vaxt baş tutacağı dəqiqləşməyib.

Qeyd edək ki, daxili nizamnaməyə görə qanunverici orqanın iclasları adətən həftənin çərşənbə axşamları və cümə günləri keçirilir.

Xəbər lenti

Xəbər lenti