...

Cəbrayıl istiqamətində atəşkəs yenidən pozuldu

Siyasət Materials 22 Fevral 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəsi yenidən pozub. Trend in bölgə müxbirinin məlumatına görə, erməni hərbi birləşmələri Azərbaycanın Cəbrayıl rayonunun işğal altında olan Mehtili kəndindən axşam saat 00:00 radələrindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri ilə bərabər Cocuq mərcanlı kəndini də 20-25 dəqiqəyə yaxın qısa fasilələrlə avtomat silahlarından atəşə tutub. Ölən və yaralanan yoxdur. Hazırda cəbhə xəttində nisbi sakitlikdir.

Xəbər lenti

Xəbər lenti