...

BMT Baş Assambleyasının 61-ci sessiyasının sədri: Təhlükəsizlik Şurasının islahatları əsas məsələ olaraq qalmaqdadır

Siyasət Materials 22 Fevral 2007 13:33 (UTC +04:00)
BMT Baş Assambleyasının 61-ci sessiyasının sədri: Təhlükəsizlik Şurasının islahatları əsas məsələ olaraq qalmaqdadır

Az ə rbay c an, Bak ı , 2 2 f evral / Trend müx. A.İsmayılova /

Trend in BMT Baş Assambleyasının 61-ci sessiyasının sədri, şeyxa Haya Rəşed Əl Xəlifə ilə eksklüziv müsahibəsi (H.E. Sheikha Haya Rashed Al Khalifa)

- Birləşmiş Millətlər Təşkilatının islah edilməsi məsələsi BMT rəhbərliyinin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biri olaraq qalmaqdadır. Siz bu təşəbbüsə necə yanaşırsınız?

- İslahatlar - BMT-nin gündəliyində duran başlıca məsələdir. Bu, sadə proses deyil. Bütün problemlərə tətbiq oluna bilən üsul tapmaq lazımdır. Hazırda islahatların davamlı proses olması haqqında rəylərin sayı artır. Katiblikdə islahatlara bir çox, o cümlədən inzibati, büdcə və maliyyə aspektləri daxildir. Hüquq sahəsində də islahatlarsız ötüşmək mümkün deyil. Assambleya Baş Katibliyin ədliyyə sistemində islahatlar üzrə məruzəsini gözləyir. Onun öz hüquqi aspektləri var və BMT ştatına toxunacaq bu prosesin ciddi nəticələri ilə bağlıdır.

Hökumətlərarası orqanların islahatlarına gəlincə isə, burada hələ həll olunmalı məsələlər qalmaqdadır. Məsələn, bu, Təhlükəsizlik Şurasının islahatlarıdır.

BMT sisteminə aidiyyəti olan başqa sahə bundan ibarətdir ki, BMT-ni beynəlxalq siyasət üçün necə daha effektiv və əhəmiyyətli etmək olar. Bu sahəyə təkamül fəaliyyətinin proqramları da daxildir. Mənim işimin prioritet sahələrindən biri Baş Assambleyanın BMT-nin əsas məşvərət orqanı kimi bərpa olunmasıdır.

Biz bütün istiqamətlərdə səy göstərməkdə davam edirik və Təhlükəsizlik Şurasının islahatları əsas məsələ olaraq qalmaqdadır. Mən üzv-ölkələrlə yeni məsləhətləşmələrə başlamışam. Bu zaman diqqət Təhlükəsizlik Şurasının əsas islahatları kontekstində beş başlıca məsələyə yönəldilib. Mən üzv-ölkələr arasında razılaşmanın olmasının ehtimal olunduğu sahələri müəyyən etmək və sonradan onların bəzilərini gələcək müzakirələr üçün təsbit etmək niyyətindəyəm.

- Təşkilatın islah edilməsinin əsas səbəblərindən biri onun bu günün tələblərinə uyğun olmaması, eləcə də dondurulmuş münaqişələrin nizamlanması işində təşkilatın fəaliyyətsizliyidir. GUAM ölkələrinin təşəbbüsü ilə postsovet məkanında uzanmış münaqişələr haqqında məsələ BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə daxil edilib. Sizin fikrinizcə, bu, nizamlanma prosesinə necə köməklik göstərəcək?

- Bir münaqişənin həlli və ya onun həllinə yardım digər münaqişənin mümkün həllinə səbəb ola bilər. Bu, əlbəttə ki, hər bir münaqişənin dəqiq təbiətindən asılıdır, lakin bir uğurdan öyrənilmiş dərslər bizi başqa birinə gətirəcək.

- Ekoloji monitorinq üzrə birgə missiyanın Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair hesabatı BMT və ATƏT-in üzv-ölkələrinə təqdim olunub. Siz bu hesabatı necə qiymətləndirirsiniz və bu sənədin müzakirəsinin nə vaxt olacağı ehtimal olunur?

- Hər bir məruzənin faydalılığı haqqında onun səbəb olduğu rəy konsensuslarının sayına görə mülahizə yürüdülür. Nəticə etibarilə, nəyin faydalı, nəyinsə faydalı olmaması üzv-ölkələrdən asılıdır.

Xəbər lenti

Xəbər lenti