...

ADDY başçısı: Daşınmaların artırılması üçün Azərbaycanın kifayət qədər imkanları var

Siyasət Materials 21 Fevral 2007 18:07 (UTC +04:00)
ADDY başçısı: Daşınmaların artırılması üçün Azərbaycanın kifayət qədər imkanları var

Rusiya, Moskva / Trend , müx. R.Ağayev, S.Əliyev/ Azərbaycan dəmir yolu daşınmaların həcminin artırılması üçün kifayət qədər imkana malikdir.

"ADDY yük daşınmalarının artırılması üzrə böyük ehtiyatlara malikdir və hətta həcm 40-50% artdıqda da, daşınmalara olan tələbatı ödəməyə qadirdir", - deyə Azərbaycan dövlət dəmir yolu idarəsinin rəisi Arif Əsgərov Moskvada MDB-yə üzv olan dövlətlərin dəmir yolu nəqliyyatı üzrə Şurasının iclasında çıxış edərkən bildirib. Bu barədə Trend in xüsusi müxbiri xəbər verir.

A.Əsgərov bildirib ki, əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan və onun nəqliyyat kommunikasiyaları bir çox illər ərzində tranzit daşınmalarını təmin edir. Gəlirliliyin və iqtisadi sabitliyin artırılmasının optimal yolu tranzit və ixrac-idxal daşınmalarının artırılmasıdır.

A.Əsgərov həmçinin vurğulayıb ki, ölkə rəhbərliyi və şəxsən Azərbaycan prezidenti İlham Əliyev dəmir yolunun işinə, onun maddi-texniki bazasının inkişafına və əsas funksiyaların yerinə yetirilməsinə xüsusi diqqət ayırır. Bununla əlaqədar, ölkə hökuməti 2010-cu ilə qədər dəmir yolunun əsaslı yenidən qurulmasını və bütün infrastrukturun yenilənməsini nəzərdə tutan "Azərbaycan dəmir yolunun inkişaf proqramı"nı qəbul edib.

"Respublika iqtisadiyyatının inkişafının və "TRACEKA" dəhlizindən intensiv istifadənin nəticəsi kimi, yük dövriyyəsinin həcmi 1996-cı ildən 3,5 dəfə artıb. 1995-ci ildə 17 min ton təşkil edən sutkalıq yüklənmə 2006-cı ildə 56 min tona qədər qalxıb, daşınmaların həcmi 3,5 dəfə, yəni 1996-cı ildəki 8 milyon tondan 2006-cı ildə 30 milyon tona qədər artıb", - deyə ADDY rəisi bildirib.

Xəbər lenti

Xəbər lenti