...

Strasburqda Xocalı soyqırımı ilə bağlı mitinq və konfrans keçiriləcək

Siyasət Materials 22 Fevral 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Strasburq Azərbaycan Evi" Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar fevralın 24-də Strasburqun mərkəzindəki "Broglie" meydanında (Place Broglie) izdihamli nümayiş keçirəcək. Bu barədə Trend in Fransadakı xüsusi müxbirinə "Strasburq Azerbaycan Evi"nin sədri Mustafa Alınca məlumat verib. Strasburqda fəaliyyət göstərən "Strasburq Azərbaycan Evi", Azərbaycanla Mədəni Əlaqələr və Azərbaycan Kültür cəmiyyətləri, habelə Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası ermənilərin törətdikləri Xocalı soyqırımı barədə həqiqətləri fransiz xalqına çatdırmaq üçün bu il məqsədyönlü fəaliyyət proqramı hazırlayıb və geniş təbliğat işləri aparırlar. Elzas bölgəsində yaşayan azərbaycanlıların və bütün məsələlərdə azərbaycanlılara dəstək verən türkiyəli dərnəklərin tədbirdə iştirakını təmin etmək məqsədilə bir sıra təşkilatlarla görüşlər aparılır. Strasburq vaxtı ilə saat 14.00-dan 17.00-dək keçiriləcək aksiya ilə bağlı artıq şəhər rəhbərliyi və yerli polisdən razılıq alınıb. Aksiya zamanı meydanda xüsusi stendlər qoyulacaq və imza kampaniyası keçiriləcək. Fransiz, ingilis dillərində kitablar və Xocalı qətliamına həsr olunmuş fransiz dilində qəzet də paylanacaq. Mitinqin sonunda iştirakçılar tərəfindən qəbul ediləcək qətnamələr Beynəlxalq Cinayət Məhkəməsinin, Avropa Birliyinin və Avropa Şurasının məsul şəxslərinə təqdim olunacaq. Mitinqdən sonra Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcək. Tədbirdə Trend İnformasiya Agentliyinin Fransadakı xüsusi müxbiri Elnur Məcidlinin fransız dilində çəkdiyi "21-ci əsrin dəhşətli faciəsi - Xocali" adli sənədli film nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti