...

Baş nazir : Moldova BMT çərçivəsində " dondurulmuş münaqişələrin " nizama salınması üçün yaxşı perspektivlər görür

Siyasət Materials 22 Fevral 2007 15:23 (UTC +04:00)
Baş     nazir  :   Moldova     BMT     çərçivəsində   "  dondurulmuş     münaqişələrin  "   nizama     salınması     üçün     yaxşı     perspektivlər     görür

Azərbaycan, Bakı / Trend , müx. İ.Əlizadə / Moldova belə bir prinsipə əsaslanır ki, bütün MDB dövlətlərinin ötən əsrin 90-cı illərinin əvvəlində tanınmış sərhədlərdə ərazi bütövlüyü dəyişməz olmalıdır və münaqişələr sülh və diplomatik yollarla həll olunmalıdır. Bu barədə jurnalistlərə Moldovanın baş naziri Vasili Tarlev Bakıya gələrkən bildirib. Moldovanın hökumət başçısının fikrincə, "dondurulmuş münaqişələr" haqqında məsələnin BMT-nin gündəliyinə daxil edilməsinə nail olmuş Azərbaycan və Moldovanın hər iki ölkənin üzv olduğu GUAM təşkilatında yaxşı perspektivləri var. "Biz bir-birimizi dəstəkləyəcəyik", - deyə V.Tarlev qeyd edib. Bir sıra ölkələrin məsələnin BMT-nin gündəliyinə daxil edilməsinə qarşı mənfi mövqeyini şərh edən Moldovanın hökumət başçısı bəyan edib ki, bu, ikiqat standartlardır, "separatçılıq terrorun maliyyələşdirilməsinin artması və inkişafının mənbələrindən biridir, bu münaqişələrin kökündə isə məhz separatçılıq durur". "Moldova və Azərbaycan arasında gözəl siyasi qarşılıqlı münasibət, ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə əməkdaşlıq mövcuddur. Bünövrə yaxşıdır, lakin biz məzmunu tamamlamalı və həmin nəticələri əldə etməliyik. Ümid edirəm ki, bugünkü səfər ikitərəfli münasibətlərin inkişafına səbəb olacaq", - deyə V.Tarlev bəyan edib.

Bakıya gələrkən Moldovanın baş naziri Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət edib.

Xəbər lenti

Xəbər lenti