...

Azərbaycan və Moldova hökumətləri Bakıda 6 razılaşma imzalayıblar

Siyasət Materials 22 Fevral 2007 15:58 (UTC +04:00)
Azərbaycan     və     Moldova     hökumətləri     Bakıda   6   razılaşma     imzalayıblar
Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Bu gün Bakıda Azərbaycan və Moldova hökumətləri arasında 6 razılaşma və hökumətlərarası birgə komissiyanın ikinci iclasının yekunlarına dair protokol imzalanıb.İmzalanan sənədlər:- statistika sahəsində "Əməkdaşlıq haqqında" razılaşma, - səhiyyə və tibb elmləri sahəsində "Əməkdaşlıq haqqında" razılaşma,- dövlət maliyyələri sahəsində "Əməkdaşlıq haqqında" razılaşma,- geodeziya, torpaqquruculuğu, kadastr, kartoqrafiya və torpağın distansion zondlaşdırılması sahəsində "Əməkdaşlıq haqqında" razılaşma,- ətraf mühiti mühafizə sahəsində "Əməkdaşlıq haqqında" razılaşma,- miqrasiya sahəsində "Əməkdaşlıq haqqında" razılaşma.Bu gün ölkələr arasında qanunvericilik-hüquq bazası 40 razılaşmadan ibarətdir.Tərəflərin fikrincə, yeni razılaşmaların imzalanması əməkdaşlığın dərinləşməsinə təkan verəcək.
Xəbər lenti

Xəbər lenti