...

Azərbaycanın Rusiyadakı səfiri Moskvada Basman bazarında hadisə yerinə əklil qoyub

Siyasət Materials 22 Fevral 2007 16:20 (UTC +04:00)
Azərbaycanın     Rusiyadakı     səfiri     Moskvada     Basman     bazarında     hadisə     yerinə     əklil     qoyub

Rusiya, Moskva/müxbir Trend R.Ağayev/Bu gün Rusiya paytaxtında 2006-cı il fevralın 23-də Moskvada Basman bazarında dam örtüyünün uçması nəticəsində faciəli şəkildə həlak olmuş həmvətənlərimizin xatirəsi anılıb.

Azərbaycanın Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu səfirlik adından bu bazarda çalışmış 47 Azərbaycan vətəndaşının həlak olduğu hadisə yerinə əklil qoyub. "AZERROS" Rusiya azərbaycanlılarının milli-mədəni muxtariyyəti, Ümumdünya Azərbaycanlıları Konqresinin və digər Azərbaycan ictimai təşkilatlarının nümayəndələri faciə yerinə gül qoyub.

Hazırda tikinti gedən Basman bazarının hasarlarında bu faciəli hadisənin şəkilləri və dünyasını dəyişmiş vətəndaşların, həmçinin Azərbaycan vətəndaşlarının adları olan stend asılıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, bu faciəvi hadisədən artıq bir il ötür və bu gün həm Azərbaycanın Moskvadakı səfirliyi, həm də Azərbaycan diasporasının nümayəndələri Basman bazarında həlak olmuş vətəndaşlarımıza ehtiramlarını bildirməyi özlərinə borc bilib.

"Bu 47 azərbaycanlının həyatına son qoymuş bir faciədir. Bu gün azərbaycanlılar adından zərər çəkmiş həmvətənlərimizə çətin anda göstərdiyi köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə öz minnətdarlığımı bildirmək istərdim. Dövlət başçısı müvafiq göstəriş vermiş, yerindəcə köməklik göstərmək üçün Azərbaycanın səhiyyə naziri O.Şirəliyevi və fövqaladə hallar naziri K.Heyədrovu Moskvaya ezam etmişdir. Bu facənin nəticələrini aradan qaldırmağa və həmçinin vətəndaşlarımıza tibbi yardımın göstərilməsinə görə Moskva rəhbərliyi və şəxsən mer Yuri Lujkova dərin minnətdarlığımı bildirmək istərdim. Biz də öz tərəfimizdən kompetensiyamız çərçivəsində vətəndaşlarımıza yardım etmək üçün əlimizdən gələni etdik. Bütün bunlar Azərbaycan siyasətinin ümumi strategiyasına daxildir - vətəndaşlarının qeydinə qalmaq, onlara kömək və dəstək vermək", deyə Polad Bülbüloğlu bildirib.

Xəbər lenti

Xəbər lenti