...

Bakı - Tiflis - Qars layihəsi üzrə tikinti işləri iyulda başlayacaq

Siyasət Materials 22 Fevral 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx.S.Əliyev/ Bakı-Tiflis-Qars marşrutu üzrə dəmir yolu nəqliyyatının açılması layihəsinin sürətləndirilməsi üçün Gürcüstanda layihə işlərini başa çatdırmaq və podrat şirkətlərin seçiminə başlamaq lazımdır. Bu barədə bu gün Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Mayın ortalarında Gürcüstan ərazisində dəmir yolunun yenidən qurulması layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlığı başa çatacaq. Layihənin texniki-iqtisadi əsaslandırmasını Türkiyənin Yüksel Dominik şirkəti hazırlayır. Gələcəkdə tenderin elan olunacağı güman edilir. Beləliklə, bilavasitə tikintinin iyul ayında başlanması nəzərdə tutulub.

Bir gün əvvəl Azərbaycan prezidenti "Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin reallaşdırılması çərçivəsində tədbirlər haqqında" sərəncam imzalayıb. Bu sənədə əsasən nəqliyyat naziri Ziya Məmmədovun başçılığı ilə dövlət komissiyası yaradılıb.

Onun tərkibinə Maliyyə, Xarici İşlər, İqtisadi İnkişaf Nazirliklərinin nümayəndələri, Dövlət Neft Fondunun, Dəmir yolunun və Beynəlxalq bankın başçıları daxil olub.

Azərbaycan hökumətindən layihənin koordinatoru Nəqliyyat Nazirliyi təyin olunub. Nazirlik vasitəsilə Gürcüstan hökumətinə 200 mln. ABŞ dolları məbləğində kredit ayrılacaq. Bu vəsaitlər Azərbaycan Dövlət Neft Fondundan veriləcəklər.

Yük axınının artırılmasını təmin etmək üçün Azərbaycanın Nazirlər Kabinetinə və Nəqliyyat Nazirliyinə bir ay müddətində 2007-2010-cu illərdə Azərbaycan dövlət dəmir yolunun inkişafının Dövlət proqramının layihəsini təqdim etmək həvalə olunub.

Xəbər lenti

Xəbər lenti