...

"Basak-Inam" əmlak sığortası üzrə əməliyyatları artırıb

Siyasət Materials 22 Fevral 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova / "Basak-Inam" birgə sığorta şirkəti ipoteka kreditinin obyekti olan əmlakın sığortalanması üzrə əməliyyatları artırıb.

Cümə axşamı şirkətin baş eksperti Samir Məmmədov bildirib ki, şirkət bu gün üçün əmlak üzrə 47, həmçinin həyat və əmək qabiliyyətinin itməsi ilə bağlı 45 risk sığortalayıb.

Əmlak sığortası üzrə faiz qoyuluşları 0,2%-dən 0,5% arasında dəyişib. Həyat və əmək qabiliyyətinin itməsi ilə bağlı sığorta - 0,31%-dən 1,95% arasında dəyişib.

Sığorta "Turan bank", "Texnikabank", " Bank of Baku ", "Bank Respublika", "Azərbaycan Kredit Bankı" müştəriləri üçün həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti