...

Millət vəkili H.Məmmədova: "Ermənilər 1905, 1918 və 1920-ci illərdə də Xocalını ələ keçirmək istəyirdilər"

Siyasət Materials 22 Fevral 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənilər 1905, 1918 və 1920-ci illərdə də Xocalını ələ keçirmək istəyirdilər. Bu fikirləri Xankəndindən olan millət vəkili Həvva Məmmədova Xocalı soyqırımına həsr olunmuş toplantıda çıxışı zamanı səsləndirib.

Millət vəkili qeyd edib ki, ötən əsrdə ermənilər dəfələrlə Xocalı üzərində yazılı kağızlar töküblər, əhaliyə hədələyici sözlər yazıblar. Ermənilər Xocalı sakinlərinin öz xoşu ilə oranı tərk etməsini tələb edirdilər. Nəhayət onlar 1992-ci ildə öz mənfur niyyətlərinə çatıblar. Xocalının Qarabağın mərkəzində, erməni kəndlərinin əhatəsində olduğunu deyən H.Məmmədova əlavə edib ki, Ermənistanın Azərbaycana təcavüzü başlanandan sonra Xocalı sakinləri 4 il özünün müdafiə batalyonu hesabına yaşayıblar: "Xocalı sakinləri həlak olub, lakin ermənilərin hədələrinə qulaq asıb öz torpaqlarını tərk etməyiblər. Ermənilər Azərbaycanın torpaqlarını, tarixini, mədəniyyətini, musiqisini, mətbəxini mənimsədiyi kimi, facilərimizi də özününküləşdirir. Düşmənlərimiz Xocalı soyqırımını dünyaya guya "erməni soyqırımı" kimi təqdim ediblər", -deyə H.Məmmədova vurğulayıb.

Millət vəkili parlamentdə Xocalı ilə bağlı yaradılan xüsusi komissiyada soyqırımla bağlı faktların toplandığını, bundan başqa soyqırımı araşdırma mərkəzinin yaradılacağını deyib.

Xəbər lenti

Xəbər lenti