...

Cənubi azərbaycanlılar Be ynəlxalq Ana dili Günü ndə öz haqlarını tələb ediblər

Siyasət Materials 22 Fevral 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Beynəlxalq Ana dili Günü ilə bağlı Güney Azərbaycanın Təbriz, Urmiyə, Zəncan, Sulduz və başqa şəhərlərində etiraz aksiyaları keçirilib, bir çox azərbaycanlı tələbələr 21 fevral günü dərsə getməyiblər. Bu barədə Trend ə Güney Azərbaycan Milli Oyanış Hərəkatından məlumat verilib.

Güney azərbaycanlıları öz ana dilinin rəsmi dil kimi tanınması, Azərbaycan dilində təhsil almaları tələbləri ilə küçələrə çıxıblar, yürüş və piketər keçirilib. GAMOH-dan verilən məlumata görə, bu aksiyalarla bağlı Təbriz şəhərində 100-dən çox həbs olunan var və mitinqlərin yatırılması zamanı bir neçə nəfər milli hərəkatçı yaralanıb. Zəncan şəhərində həbs olunanlardan 30 nəfərinin, Sulduzda saxlanılanlardan 20 nəfərin adları müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti